Dünya futbolu

Türkdilli ölkələrin futbol yarışı keçiriləcək?

FIFA-nın dəstəyi ilə Daşkənddə türkdilli ölkələrin – Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Macarıstan futbol federasiyalarının rəsmi şəxsləri arasında görüş keçirilib.

Autaz xəbər verir ki, futbolun inkişafı istiqamətində müzakirələrin aparıldığı görüşdə Asiya Futbol Konfederasiyasının və UEFA-nın nümayəndələri də iştirak edib.

Toplantıda milli komandalar, klublar arasında beynəlxalq yarışların təşkili perspektivləri müzakirə olunub. Həmçinin futbol mütəxəssislərinin, məşqçilərin, hakimlərin qarşılıqlı inkişafı, işbirliyinin qurulmasının vacibliyi qeyd olunub.

Görüşdə AFFA-nın baş katib Sərxan Hacıyev də iştirak edib.