İngiltərə

Bu oyunla bağlı tələbi var

Yürgen Klopp “Tottenhem” – “Liverpul” matçının yenidən keçirilməsini istəyir.

Aut.az xəbər verir ki, almaniyalı məşqçi hakim səhvləriylə zəngin olan matçın nəticəsinin ləğv olunmasında maraqlıdır.

İngiltərə Premyer Liqasının son turunda baş tutan qarşılaşma hakimlərin qonaqlara qarşı ardıcıl kobud səhvləri ilə yadda qalıb. “Tottenhem” 9 nəfərlə qalan rəqibini son dəqiqə qolu ilə məyus edib. Sonradan VAR hakimlərinin kobud səhvləri üzə çıxıb, onlar cəzalandırılıb. Hətta səhvlərin əsas günahkarı olan Darren İnqlandın bir daha “Liverpul”un matçlarına təyinat almamasına qərar verilib.

“Liverpul”un baş məşqçisi bu tədbirlərin onların itirilən xallarını geri qaytarmayacağının fərqindədir. Bu səbəbdən Klopp oyunun yenidən keçirilməsini tələb edir:

“Ən doğru yol budur. Düzdür, bu, böyük ehtimalla gerçəkləşməyəcək, amma ən yaxşısı belədir. O zaman hər şey daha ədalətli olardı”.