Çempionlar Liqası

Rakitski Şevanı “cavanlaşdırdı”

Yaroslav Rakitski Çempionlar Liqasında qol vuran ən yaşlı ukraynalı olub.

Aut.az xəbər verir ki, təcrübəli müdafiəçi buna “Şaxtyor”un heyətində nail olub. Rakitski “Antverpen”lə səfər matçının 71-ci dəqiqəsində fərqlənib. O, bunu 34 yaş 62 günlüyündə bacarıb.

Əvvəlki rekord 33 yaş 36 günlüyündə fərqlənən Andrey Şevçenkoya məxsus olub.