Çempionlar Liqası

ÇL-də ikinci finalçı hansı komanda olacaq?

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Aut.az xəbər verir ki, baş tutacaq bir oyunla turnirin ikinci finalçısının adına aydınlıq gələcək. Futbol dünyasının maraqla gözlədiyi qarşılaşmada “Bayern” PSJ-ni qəbul edəcək. Almaniya və Fransa nəhənglərinin Parisdəki ilk dueli olduqca məhsuldar və dramatik alındığından Münhendəki cavab oyununa diqqət böyükdür.

Evdə 5:4 hesablı qələbəyə sevinən PSJ üstünlüyü əldən vermək niyyətindədirsə, “Bayern” geridönüşlə azarkeşlərini sevindirməyi hədəfləyir.

Qeyd edək ki, bu cütün qalibi mayın 30-da Budapeştdə keçiriləcək finalda “Arsenal”a rəqib olacaq. “Topçular” yarımfinalda “Atletiko”nu mübarizədən kənarlaşdırıb – (1:1, 1:0).

UEFA Çempionlar Liqası: 1/2 final, cavab oyunları

6 may

23:00 Bayern – PSJ (ilk oyun 4:5)