Çempionlar Liqası tarixinin ən yaxşı qapıçıları
“Give me Sport” portalı Çempionlar Liqası tarixinin ən yaxşı qapıçılarının reytinqini dərc edib.
Publika.az xəbər verir ki, birinci yeri karyerası ərzində iki dəfə turnirin qalibi olan “Bayern”in qapıçısı Manuel Noyer tutub. İkinci sırada “Real”ın əfsanəvi qapıçısı, turnirin dördqat qalibi İker Kasilyas yer alıb. “İlk üçlüy”ü “Mançester Yunayted”in keçmiş qapıçısı Edvin van der Sar tamamlayıb.
“Çelsi” və “Arsenal”da çıxış etmiş Petr Çex dördüncü, “Yuventus”un əfsanəsi və PSJ-nin sabiq üzvü Canluici Buffon isə beşinci yerdə qərarlaşıb. “Barselona”nın keçmiş qapıçısı Viktor Valdes altıncı sırada yer alıb.
Növbəti sıralarda Keylor Navas (“Real” və PSJ), Oliver Kan (Bayern), Dida (Milan), Tibo Kurtua (“Atletiko”, “Çelsi” və “Real”) və Alisson Bekker (“Roma” və “Liverpul”) kimi adlar var.
Aut.az
