Çempionlar Liqası

“Şaxtyor” Çempionlar Liqasında ev oyunlarını bu stadionda keçirəcək

Ukraynanın “Şaxtyor” klubunun Çempionlar Liqasındakı ev matçlarını keçirəcəyi məkan bəlli olub.

Aut.az xəbər verir ki, Donetsk klubunun görüşləri Hamburqdakı “Volksparkstadion” arenasında keçiriləcək.

Buna qədər ÇL-dəki matçlarını Polşanın paytaxtı Varşada keçirən “Şaxtyor” ikinci Bundesliqada yarışan “Hamburq”la razılaşıb.

Bunun üçün ukraynalılar qarşı Almaniya klubuna müəyyən məbləğ ödəyəcək.