ÇL-in qalibi “Qarabağ”ın rəqibi olacaq: Superkompüter açıqladı
“Opta” superkompüteri 2025/2026 mövsümündə Çempionlar Liqasını hansı komandanın qazanacağını proqnozlaşdırıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində “Opta Analyst” məlumat yayıb.
İngiltərənin “Liverpul” komandasının Avropanın nüfuzlu turnirində qalib gəlmək şansı ən yüksəkdir – 20,4%. Qalib gəlmə ehtimalına görə “Arsenal” ikincidir (16%), üçüncü yerdə isə PSJ (12,1%) qərarlaşıb.
Çempionlar Liqasının ümumi mərhələsində “Liverpul” “Qarabağ”la yanaşı, İspaniyanın “Atletiko Madrid”, Türkiyənin “Qalatasaray”, Almaniyanın “Ayntraxt Frankfurt”, İspaniyanın “Real Madrid”, Niderlandın PSV, İtaliyanın “İnter”, Fransanın “Marsel” ilə qarşılaşacaq.
Aut.az
