ÇL-in bombardiri mükafatına qovuşdu – FOTO
Dortmund “Borussiya”sının hücumçusu Seru Qirassi Çempionlar Liqasının yeni mövsümünün startı ərəfəsində ötən turnirdəki çıxışına görə mükafatlandırılıb.
Aut.az xəbər verir ki, 29 yaşlı oyunçuya 2024/25 mövsümünün bombardirlərindən biri olduğu üçün mükafat təqdim edilib.
Qirassi turnirdə 14 oyunda 13 qol vuraraq “Barselona”nın braziliyalı futbolçusu Rafinya ilə bombardirlər siyahısında birinci yeri bölüşüb.
Xatırladaq ki, Çempionlar Liqasının yeni mövsümünün ilk turunda Dortmund “Borussiya”sı “Yuventus”a qarşı oynayacaq.
Aut.az
