“Qalatasaray”ın futbolçusu həftənin ən yaxşısı ola bilər
UEFA Çempionlar Liqasında qrup mərhələsinin V turu bitdikdən sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Aut.az xəbər verir ki, bu ada “Benfika”dan Joao Mario, “Latsio”dan Çiro İmmobile, “Qalatasaray”dan Hakim Ziyeş və “Mançester Siti”dən Fil Foden namizəd olub.
Qalib UEFA-nın saytına keçirilən sorğuda müəyyənləşəcək.
