Çempionlar Liqasıİspaniya

Onun durumu necədir?

“Barselona”nın qapıçısı Mark-Andre ter Şteqen Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun “Portu” ilə oyununda iştirak etməyəcək.

Aut.az xəbər verir ki, belindəki ağrılar alman qolkiperi hələ də narahat edir. O, bu gün komanda ilə məşq etməyib. O, bu səbəbdən İspaniya çempionatında “Rayo Valyekano” ilə son matçını da buraxıb.

Ter Ştegenin əvəzinə qapıda 24 yaşlı İnyaki Pena dayanacaq.

“Barselona” – “Porto” görüşü noyabr 28-də saat 00:00-da baş tutacaq.