Qarşıdakı illərdə “Qızıl top”u onlar bölüşdürəcəklər – Rivaldo
“Barselona”nın sabiq hücumçusu Rivaldo qarşıdakı illərdə “Qızıl top” uğrunda mübarizə aparacaq futbolçuların adlarını açıqlayıb.
Aut.az xəbər verir ki, Rivaldonun fikrincə, iki futbolçu qarşıdakı bir neçə ildə mükafatı öz aralarında bölüşdürəcək.
“Haaland və Mbappe “Qızıl top”u bir-biriləri arasında bölüşdürəcəklər? Bəli, yəqin ki. Məncə, onların hər ikisi böyük futbolçudur.
Mən hərdən Neymarın adını çəkirəm, amma məndə elə təəssürat yaranır ki, o, hələ də “Qızıl top”a layiq ola bilmir. Haaland və Mbappe yəqin ki, qarşıdakı illərdə bunun üçün mübarizə aparacaqlar” deyə Rivaldo “BALL Production” YouTube kanalında bildirib.
Xatırladaq ki, 2023-cü ildə “İnter Mayami”nin 36 yaşlı hücumçusu Lionel Messi “Qızıl top”un qalibi olub. Argentinalı üçün bu mükafat onun karyerasında səkkizincidir. Səsvermədə Haaland ikinci, Mbappe üçüncü yeri tutub.
Aut.az
