Sərt qərar: Məşq etməsinə də icazə verilməyəcək
PSJ futbolçusu Kilian Mbappen ilə bağlı daha bir qərar verib.
Aut.az xəbər verir ki, klubdan ayrılacağı gözlənilən Kilianın əsas komanda ilə məşqinə icazə verilməyəcək. Buna səbəb futbolçunun Paris təmsilçisi ilə müqavilə imzalamaq istəməməsidir.
Bu, futbolçunun fikri dəyişənə qədər davam edəcək. Bu barədə BBC məlumat yayıb. PSJ Mbappeni Yaponiyaya təlim-məşq toplanışına aparmayıb.
Qeyd edək ki, Mbappenin “Real”a keçəcəyi barədə xəbərlər yayılıb.
