İngiltərəİtaliya

“Liverpul”un ulduzu İtaliyaya qayıdır?

Məşhur braziliyalı qapıçı Alisson Bekker “Yuventus”un maraq dairəsindədir və İtaliyaya qayıtmağa hazırdır.

Aut.az xəbər verir ki, insayder Fabritsio Romanonun sözlərinə görə, oyunçu karyerasının uzun illərini keçirdiyi “Liverpul”a böyük hörmət edir. Buna görə də klubla bu məsələni müzakirə etmək istəyir. Klubla oyunçu arasında transferlə bağlı danışıqlar yaxın gələcəkdə aparılacaq.

Xatırladaq ki, braziliyalı futbolçu 2016-2018-ci illərdə “Roma”da oynayıb, daha sonra isə “Liverpul”a keçib. Qapıçının hazırda 33 yaşı var. O, mövsümün sonuna yaxın zədə alıb.

Aut.az