Meksikanın yeni baş məşqçisi bəlli oldu – Sabiq “Barselona”lıdır
Rafael Markes 2026-cı il Dünya Kubokundan sonra Meksika millisinin baş məşqçisi olacaq.
Aut.az xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyası məlumat yayıb.
Hazırda 47 yaşlı Markes Meksika millisinin baş məşqçisi Xavyer Aqirrenin köməkçisidir.
Markes “Barselona”nın keçmiş mərkəz müdafiəçisi kimi tanınır. Karyerasını bitirdikdən sonra Kataloniya klubunun ehtiyat komandasına məşqçilik edib.
2026-cı il Dünya Kubokunda Meksika Cənubi Afrika, Koreya və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.
Aut.az
