İtaliya

Bonuççidən sensasion təklif: Milliyə onu gətirin

İtaliya millisinin heyətində Avropa çempionu olan Leonardo Bonuççi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın “Skuadra Azzurra”nın yeni baş məşqçisi olacağına ümid etdiyini bildirib.

İtaliya 2026-cı il Dünya Kubokuna vəsiqə qazana bilmədikdən və pley-off finalında Bosniya və Herseqovinaya penaltilərdə uduzduqdan sonra Gennaro Qattuzo milli komandanın baş məşqçisi vəzifəsindən istefa verdi. Onun postunu müvəqqəti olaraq gənclərdən ibarət milli komandanın məşqçisi Silvio Baldini tutur.

“Son günlərdə adı çəkilən məşqçilərə baxanda və sıfırdan başlamaq üçün həqiqətən istək varsa, Pep Qvardiolanı sınayardım. Onun gəlişi əvvəlkilərlə müqayisədə istiqamətimizin köklü şəkildə dəyişməsi demək olardı. Başa düşürəm ki, bu, olduqca çətindir, amma xəyal qurmaq olar”, – deyə ” Gazzetta dello Sport” Bonuççinin sözlərini sitat gətirib.

Aut.az