Qaydasız döyüş

UFC-nin Ağ Evdəki turnirində təhlükəsizlik necə təmin olunacaq?

Ağ Ev ərazisində 14 iyun tarixində keçiriləcək UFC turniri ABŞ federal qurumları tərəfindən genişmiqyaslı təhlükəsizlik tədbirləri ilə müşayiət olunacaq.

Aut.az xəbər verir ki, bu barədə “MMA Fighting” məlumat yayıb.

Məlumata görə, turnir üçün ən yüksək təhlükəsizlik səviyyəsi – “SEAR 1” tətbiq ediləcək. Bu status milli və beynəlxalq əhəmiyyət daşıyan, federal qurumların geniş koordinasiyasını tələb edən tədbirlərə verilir. Eyni təhlükəsizlik səviyyəsi, məsələn, “Super Bowl” kimi böyük tədbirlərdə də tətbiq olunur.

Belə hallarda müxtəlif xidmətlər – partlayıcı maddələrin aşkarlanması üzrə kinoloq qruplar, kibertəhlükəsizlik mütəxəssisləri, ərazi yoxlama komandaları, kəşfiyyat bölmələri, həmçinin aviasiya və taktiki dəstək qüvvələri cəlb olunur.

“SEAR 1” səviyyəli bütün tədbirlər üçün ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) Federal Koordinasiya Qrupu yaradır. Bu qrup UFC turniri zamanı da fəaliyyət göstərəcək və federal, regional və yerli qurumlar arasında koordinasiyanı təmin edəcək, ştat və bələdiyyə hakimiyyətləri ilə əməkdaşlıq edəcək, müxtəlif qurumların təhlükəsizliklə bağlı sorğularına dəstək verəcək və tədbirin hazırlanması və keçirilməsi prosesinə nəzarət edəcək.

Aut.az