“Real”ın planı bəlli oldu – Toni Kroosu qaytarır
“Real Madrid” klubu keçmiş yarımmüdafiəçisi Toni Kroousu klubda işləməyə dəvət etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
36 yaşlı keçmiş futbolçunun 2026/2027 mövsümündə geri dönəcəyi gözlənilir, lakin onun dəqiq rolu hələlik məlum deyil. Rəhbərliyin Kroosu klubun idman strukturunda bir vəzifədə görmək istədiyi və bu qərarın artıq verilməyə yaxın olduğu bildirilir.
2024-cü ilin iyul ayında futboldan ayrıldıqdan sonra alman futbolçu Madriddə yaşamağa davam edir və orada öz uşaq futbol akademiyasını açıb.
Toni Kroos Avropa çempionatında oynadıqdan sonra 2024-cü ilin yayında peşəkar futboldan gedib.
Bu yaxınlarda xəbər verildi ki, “kral” klubu 2026-cı il üçün strateji plan hazırlayır və bu plana altı yeni oyunçu ilə müqavilə imzalamaq daxildir ki, onlardan biri oyun tərzi baxımından Luka Modriç və Toni Kroosu əvəz etməlidir.
Aut.az
