İspaniya

“Atletiko”ya şad xəbər: “Barselona”ya qarşı oynaya bilər

“Atletiko”nun qapıçısı Yan Oblak UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona”ya qarşı cavab oyununda iştirak edə bilər.

Aut.az xəbər verir ki, sloveniyalı qolkiper zədəsini sağaldıb və meydana qayıtmağa hazırdır. Bu barədə jurnalist Pedro Fuliana məlumat yayıb.

Gözlənilir ki, Dieqo Simeone qarşıdakı oyunda komandanın son 6 matçını buraxan 33 yaşlı qapıçıya şans versin. Lakin yekun qərar hələ qəbul edilməyib.

“Matrasçılar”ın “Barselona” ilə görüşü aprelin 14-də Madriddə keçiriləcək. İlk oyun “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.