Pley-off cütləri müəyyənləşdi
Bu gecə NBA müntəzəm mövsümünün son oyun günü keçirilib və bunun nəticəsində pley-off və pley-in mərhələsinin bütün cütləri müəyyənləşib.
Aut.az xəbər verir ki, qərb konfransının qalibi “Oklahoma Siti Tander” (1) və “San Antonio Spörs” (2) rəqiblərini pley-in mərhələsinin nəticələrinə əsasən öyrənəcək. “San Antonio” “Finiks Sans” (7) – “Portlend Treyl Bleyzers” (8) cütünün qalibi ilə qarşılaşacaq. Bu oyunun məğlubu isə “Los-Anceles Klippers” (9) – “Qolden Steyt Uorriors” (10) görüşünün qalibi ilə oynayaraq pley-offa vəsiqə uğrunda mübarizə aparacaq və “Oklahoma”nın rəqibini müəyyən edəcək.
“Denver Naqqets” (3) pley-offda “Minnesota Timbervulvz” (6) ilə üz-üzə gələcək, “Los-Anceles Leykers” (4) isə “Hyuston Rokets” (5) ilə qarşılaşacaq.
Şərq konfransında ikinci yeri tutan “Boston Seltiks” pley-in mərhələsində “Filadelfiya Sevinti Siksers” (7) – “Orlando Mecik” (8) cütünün qalibi ilə oynayacaq. Bu oyunun məğlubu isə “Şarlott Hornets” (9) – “Mayami Hit” (10) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək və həmin duel “Detroyt Pistons” (1) komandasının rəqibini müəyyən edəcək.
Aut.az
