“Real”ın ulduz “Bayern”lə cavab matçında oynayacaq?
“Real”ın ulduzu Cud Bellinqem gələn həftə Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bayern” ilə cavab oyununda start heyətində meydana çıxacaq.
Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.
İngiltərəli futbolçu hamstrinq zədəsindən qayıtdıqdan sonra fiziki vəziyyətinə görə məhdud oyun vaxtı alırdı. Lakin birinci oyunda əvəzedici kimi meydana çıxaraq, Madrid klubunun oyun dinamikasını dəyişib və komandaya hücumda daha çox təhdid yaratmağa imkan verib. Onun fiziki hazırlığının yaxşılaşdığı da açıq şəkildə görünür.
“Real”ın məqsədi “Alyans Arena”da geri dönüş etməkdir və Bellinqeam bu məqsəddə əsas rol oynayacaq. Eyni zamanda, komandada Ferland Mendinin də “Bayern”ə qarşı oyuna hazır vəziyyətə gətirilməsi üzərində iş aparılır.
Aut.az
