“Arsenal” transfer strategiyasını dəyişir: Artıq ilk hədəf bəllidir
“Arsenal” səs-küylü transferə hazırlaşır.
Aut.az xəbər verir ki, “topçular” strategiyanı dəyişməyi planlaşdırır. Klub əsasən ingilis futbolçulardan ibarət güclü skelet formalaşdırmaq istəyir. Bu barədə “Football Transfers” məlumat yayıb.
Prioritet hədəf kimi “Nyukasl Yunayted”in vingeri Entoni Qordon göstərilir. Gözlənilir ki, rəsmi təklif mövsüm başa çatdıqdan sonra təqdim olunacaq.
“Sağsağanlar” ulduz futbolçusunu satmaq niyyətində deyil, lakin Çempionlar Liqasına vəsiqə qazana bilməsələr, transfer təklifini nəzərdən keçirməyə məcbur qala bilərlər. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, 25 yaşlı İngiltərə millisinin üzvünün bazar dəyəri 60 milyon avrodur.
Qeyd edək ki, futbolçu ilə “Liverpul” və “Mançester Yunayted” də maraqlanır.
Aut.az
