Qəti qərar verdi: Karyerasını harada davam etdirəcək?
“Liverpul”un niderlandlı müdafiəçisi Vircil van Deyk klubdakı gələcəyi ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, 33 yaşlı futbolçu yeni müqavilə imzalayaraq İngiltərə nəhəngində qalacaq. Müdafiəçinin “qırmızı-qaralar”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Yeni müqavilə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
Bu mövsüm Vircil van Deyk klub səviyyəsində 28 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
