Daha bir İngiltərə nəhəngi onu hədəfə aldı
“Arsenal” rəhbərliyi “Feyenoord”un müdafiəçisi Quilindsi Hartmanı transfer etmək niyyətindədir.
Aut.az xəbər verir ki, bu barədə “The Teleghraph” məlumat yayıb.
Məlum olub ki, London klubu futbolçunun çıxışını yüksək qiymətləndirir və onun Premyer Liqada oynamağa hazır olduğuna inanır. Üstəlik, “topçular” yayda müdafiə xəttini gücləndirməlidir.
İndi Hartman zədəsini sağaltmağa çalışır. Futbolçu bu səbəbdən Niderland millisi ilə Avro-2024-də iştirak edə bilməyəcək.
Daha əvvəl “Çelsi” onu transfer etməyə yaxın olub. Lakin zədə səbəbindən transfer baş tutmayıb.
Qedy edək ki, ötən mövsüm Hartman Hollandiya çempionatında 26 oyun keçirib və 5 məhsuldar ötürmə edib.
Aut.az
