İspaniya

“Atletiko” o şounu gözləyir

“Atletiko” “Real Madrid”lə oyundan (2:3) sonra hakim anlarının təhlili ilə bağlı verilişin başlamasını gözləyir.

Aut.az xəbər verir ki, “hindular” Dani Karvaxalın “Real”ın cərimə meydançasında Markos Llorenteyə qarşı qayda pozuntusunun şəklini paylaşaraq yazıblar:

“🍿RFEF (İspaniya Kral Futbol Federasiyası) və CTA (Hakimlərin Texniki Komitəsi) tərəfindən “Tiempo de Revision” (hakimlik məsələlərini müzakirə edən İspan televiziya şousu) verilişinin 26-cı bölümünü gözləyirik”.

Oyunun 10-cu dəqiqəsində Karvaxal “Real Madrid” in cərimə meydançasında Llorente ilə toqquşub. Hakim Xose Munuera Montero qayda pozuntusu qeydə almadı. Bildirilir ki, CTA hadisəni nəzərdən keçirməyəcək.

“Atletiko” o şounu gözləyir

Aut.az