Formula 1

FİA rəsmən açıqladı: İki Qran-Pri ləğv edildi

Formula 1 üzrə Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdəki vəziyyət səbəbindən ləğv edilib.

Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) mətbuat xidməti məlumat yayıb.

Bəhreyndə keçirilməsi planlaşdırılan mərhələ 10–12 aprel, Səudiyyə Ərəbistanında isə 17–19 aprel tarixlərinə nəzərdə tutulmuşdu.

FIA-nın bəyanatında bildirilir: “Bu gün təsdiqləndi ki, Yaxın Şərqdə davam edən hadisələrlə bağlı vəziyyətin hərtərəfli qiymətləndirilməsindən sonra Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri apreldə keçirilməyəcək. Müxtəlif alternativ variantlar nəzərdən keçirilsə də, nəticədə apreldə təqvimdə heç bir əvəzləmə edilməməsi qərara alındı”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranın nüvə proqramını məhv etmək məqsədilə ölkə ərazisinə raket zərbələri endirib. Buna cavab olaraq İran Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə və region ölkələrinin neft hasilatı sektoruna zərbələr endirməyə başlayıb.

Aut.az