Prezident vəzifəsinə namizədlər üçün tələblər dəyişdiriləcək?
Beynəlxalq Avtomobil Federasiyası (FIA) təşkilatın prezidenti vəzifəsinə namizədlərlə bağlı tələblərə dəyişiklik etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə insayder Endryu Benson sosial şəbəkələrdə məlumat yayıb.
Təklif olunan düzəlişlərə əsasən, FIA prezidenti postuna namizəd peşəkar dürüstlüyünü və mümkün maraq toqquşmasının olmadığını təsdiqləməlidir.
Qeyd edək ki, hazırkı FIA prezidenti bu dəyişikliklərin əsas təşəbbüskarıdır. Bildirilir ki, ilin sonunda bu vəzifəyə namizədliyini irəli sürməyi planlaşdıran şəxslərdən biri də Formula 1 pilotu Karlos Saynsın atası — Karlos Sayns-Senyordur.
