Çempionlar Liqası

Valverde onun nailiyyətini təkrarladı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real” doğma meydanda “Mançester Siti”ni qəbul edib.

Aut.az xəbər verir ki, Qarşılaşma İspaniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun qəhrəmanı Federiko Valverde olub. Uruqvaylı yarımmüdafiəçi ilk hissədə het-trik edərək komandasının qələbəsində həlledici rol oynayıb.

Beləliklə, Valverde Çempionlar Liqasının tarixində het-trik edən ikinci uruqvaylı futbolçu olub. Bu göstəriciyə ilk dəfə 2000/2001 mövsümündə “Deportivo”nun sabiq hücumçusu Valter Pandiani nail olmuşdu.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 17-də Mançesterdə yerləşən “Etihad” stadionunda keçiriləcək.

Aut.az