Məşhur məşqçi xərçəngdən əməliyyat olundu
Almaniyanın qadın biatlon komandasının norveçli məşqçisi Sverre Olsbu Roeiseland, 2026-cı il Oyunları başa çatdıqdan qısa müddət sonra xaya şişinin çıxarılması üçün əməliyyat keçirib.
Aut.az xəbər verir ki, bu barədə “Fondoitalia” məlumat yayıb.
“Planlarımı alt-üst edən bir mesaj aldım. Xoşbəxtlikdən, bizim fantastik səhiyyə sistemimiz var, ona görə də xəbərim aldıqdan qısa müddət sonra əməliyyat olunmağım planlaşdırıldı”, – deyə o, “İnstaqram”da yazıb.
Sverre yaxın gələcəkdə işə qayıtmağı planlaşdırdığına işarə edib və tibbi müayinələrə laqeyd yanaşmamağı məsləhət görüb.
Sverre norveçli biatlonçu Marte Olsbu Roeiselandın əridir. Marte 2012-ci ildən 2023-cü ilə qədər Dünya Kubokunda iştirak edib.
Onun üç Olimpiya qızıl medalı, Dünya Çempionatında 13 qızıl medalı var.
Aut.az
