Digər

Əfsanəvi idmanı ürəyindən əməliyyat olundu

Əfsanəvi italyan velosipedçisi Mario Cipollini çərşənbə axşamı, noyabrın 18-də ürəyindən əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə 58 yaşlı keçmiş idmançının özü “İnstaqram” səhifəsində məlumat verib.

Bir gün əvvəl Çipollini aritmiya səbəbindən Ankonada xəstəxanaya yerləşdirilmişdi. Mario ilk dəfə ürək problemi yaşamadığı üçün həkimlər defibrilator quraşdırmaq üçün əməliyyat keçirməyə qərar veriblər. Çərşənbə günü, noyabrın 19-da italyan uğurlu əməliyyatdan sonra xəstəxanadan buraxılıb.

Çipollini dünya velosipedi tarixində ən böyük sprinterlərdən biridir. Karyerası ərzində o, “Giro d’İtalia” yarışlarının 42 mərhələsini, 12dəfə “Tour de France”ni, 3 dəfə “Vuelta”nı qazanıb.

1999-cu ildə Mario tarixdə ardıcıl dörd dəfə “Tour de France” mərhələsində qalib gələn ilk velosipedçi olub ki, bu rekord hələ də yenilənməyib.

2002-ci ildə Çipollini dünya çempionu titulunu qazanıb və velosiped idmanında “Qızıl top”un ekvivalenti olan “Qızıl velosiped” mükafatının qalibi olub.

Aut.az