Çempionlar LiqasıDünya futbolu

Dembele UEFA-nın mükafatını qəbul etmək istəmədi – VİDEO

Çempionlar Liqasının 1/4 finalının cavab oyununda “Aston Villa” ilə oyunda (2:3) məğlubiyyətdən məyus olan PSJ-nin hücumçusu Usman Dembele görüşün ən yaxşı oyunçusuna verilən mükafatı qəbul etməyib.

 Aut.az xəbər verir ki, Dembele mükafatı ona təqdim edən UEFA əməkdaşının yanından keçib və mükafatı qəbul etməyib. Əməkdaş onun arxasınca getməli olub. Sonda Usman mükafatı qəbul edib və UEFA-ya müsahibə verib. O, komandanı ikinci hissədəki oyuna görə tənqid edib.

Xatırladaq ki, PSJ ev oyununda 3:1 hesabı ilə qalib gələrək iki oyunun nəticəsinə əsasən yarımfinala yüksəlib.

Aut.az