Dünya futbolu

O, futbolun prezidentidir: Lalas kimi deyir?

ABŞ millisinin keçmiş oyunçusu Aleks Lalas Donald Trampı “futbolun prezidenti” adlandırıb.

Aut.az xəbər verir ki, Lalas sosial mediada yazıb: “Lionel Messi və “İnter Mayami” Ağ Evi ziyarət edib və Donald Trampla görüşüblər. O, futbolun prezidentidir”.

Qeyd etmək lazımdır ki, 2025-ci ilin avqust ayında hazırkı ABŞ prezidentinin tərəfdarı olan Lalas artıq oxşar açıqlamalar vermişdi.

Daha sonra o yazıb: “Tramp futbol prezidentidir. Ondan əvvəl heç bir prezident futbolla bu qədər sıx bağlı olmayıb. 2026-cı il Dünya Kuboku ABŞ-da onun administrasiyası dövründə keçiriləcək və bu, bütün ölkəmizə və ona təsir edəcək”.

Aut.az