39 yaş, 11 ay, 17 günlük: Öz rekordunu yenilədi
Martın 6-da, cümə günü, İkinci Bundesliqanın oyununda “Şalke” “Arminiya”nı (1:0) məğlub edib.
Aut.az xəbər verir ki, yeganə qolu Edin Dzeko vurub.
Matç zamanı “Şalke”nin hücumçusu 39 yaş, 11 ay və 17 günlük olub. Bu, onu 2-ci Bundesliqa tarixində ən yaşlı qol vuran oyunçu edir.
Əvvəlki rekord da bu ilin yanvar ayının sonunda onun tərəfindən müəyyənləşmişdi.
Dzeko “Şalke” yə pulsuz transferlə qoşulubvə cari mövsümün sonuna qədər Gelzenkirhen klubunda oynayacaq. Bosniyalı futbolçunun rekordu daha bir neçə dəfə qırması mümkündür.
Aut.az
