Londona getdi: zədəsi ilə bağlı yeni detallar ortaya çıxdı
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem La Liqanın 22-ci turunda “Rayo Valyekano”ya qarşı oyunda aldığı zədədən sonra sağalmaqda davam edir.
Aut.az xəbər verir ki, bu barədə “Cope” məlumat yayıb.
Portalın məlumatına görə, İngiltərə millisinin üzvü hazırda Londonda “kral klubu”nun tibb şöbəsinin müdiri ilə birlikdədir. Futbol meydanına qayıtması gecikdiyindən, o, tezliklə başqa bir mütəxəssislə məsləhətləşmək üçün Madridə qayıdacaq.
Xatırladaq ki, Bellinqem sol yarım vətər əzələsində yırtıq zədəsi almışdı. Bu zədə səbəbindən Cud sonuncu dəfə 1 fevralda rəsmi oyunda oynayıb. O vaxtdan bəri 6 oyunu buraxıb.
Qeyd etmək lazımdır ki, Cud sol çiyin əməliyyatı səbəbindən 2025/26 mövsümünün başlanğıcını artıq buraxmışdı. Bu mövsüm ulduz yarımmüdafiəçi bütün turnirlərdə 28 oyununda meydana çıxıb, altı qol vurub və dörd məhsuldar ötürmə edib.
Onun Madrid nəhəngi ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.
Aut.az
