Digər

Atilla Orbanı müdafiə etdi: Silah yox, sülh istəməliyik

Slovakiyanın qarışıq döyüş sənətlərinin ən yaxşı ulduzu Attila Veh (33-11-2, 14 nokaut) Macarıstanda aprelin 12-də keçiriləcək parlament seçkilərindən əvvəl Viktor Orbanın partiyasını dəstəklədiyini bildirib.

Aut.az xəbər verir ki, bu barədə Cas.sk məlumat verib.

Attila “İnstaqram”da macar dilində bir video paylaşaraq Viktor Orbana niyə rəğbət bəslədiyini izah edib.

“Təhlükəsizlik mənim üçün vacibdir və Macarıstan bunu təmin edir. Macarıstanın sülh tərəfdarı olmasına şadam və bir ailə başçısı olaraq mənim üçün Macarıstanda özümüzü təhlükəsiz hiss etməyimiz çox vacibdir”.

O, daha sonra izah edib ki, Avropa Birliyi liderləri yaxınlaşan Üçüncü Dünya Müharibəsindən və Avropa Birliyi əsgərlərini Ukraynada döyüşə göndərməkdən danışırlar.

“Bizim üçün, slovak macarları üçün, silah yox, sülh istəməyimiz vacibdir. İrəli, Macarıstan!” – deyə məşhur döyüşçü yekunlaşdırıb.

Atilla Dunayska Stredada anadan olub. 25.000 nəfərlik bu şəhərin əhalisinin 70%-dən çoxu etnik macarlardır.

Aut.az