Məşhur reper 2028-ci ildəki Olimpiadaya hazırlaşır
Məşhur amerikalı reper Dr. Dre 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək arzusunda olduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, “Entertainment Tonight”a verdiyi müsahibədə o, oxatma turnirində iştirak etmək istədiyini söyləyib. O, bu idman növü ilə orta məktəbdə məşğul olmağa başladığını və oğlunun ad günü hədiyyəsindən sonra bu işə qayıtdığını söyləyib:
“Mən onu öz həyətimdə quraşdırmışam. Eşitdim ki, Olimpiada üçün tələb 77 futdur və mən 90 fut üçün məşq edirəm. Bəli, xüsusilə burada, Los-Ancelesdə qızıl medal qazanmaq əyləncəli olmazdımı?”
Aut.az
