Mourinyo “Real” üçün taktiki sxemini müəyyənləşdirdi
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanı hansı taktiki sxemlə oynadacağı ilə bağlı qərar verib.
Aut.az xəbər verir ki, jurnalist Mario Korteqananın sözlərinə görə, portuqaliyalı məşqçinin ideyası 4-2-3-1 sxemində iki dayaq yarımmüdafiəçisi ilə oynamaqdır.
Dayaq yarımmüdafiəçilərindən biri tamamilə öz mövqeyində olacaq və müdafiə funksiyalarını yerinə yetirəcək. Onun Aurelien Tçuameni olacağı gözlənilir. İkinci dayaq yarımmüdafiəçisinə meydanda daha çox sərbəstlik veriləcək. O, ya Federiko Valverde olacaq, ya da yeni yarımmüdafiəçi alınacaq.
Aut.az
