Boks

Atası və həyat yoldaşı ona qarşı çıxıb: Səbəb nədir?

Keçmiş dünya çempionu, super ağır çəkidə Tayson Fyuri maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, ailəsinin rinqə qayıtmasına qarşı olduğunu bildirib.

“Atam bir müddət mənimlə danışmadı. Qardaşlarım da üz çevirdi, hətta Perris də. Heç kim mənim qayıtmağımı istəmirdi və bunu hamısı açıq şəkildə göstərdi. Amma bu mənim həyatım və mənim qərarımdır.

Bəlkə bu eqoistcəsinədir, amma dayanmayacağam. Mən boksu sevirəm və yəqin ki, 50 yaşımadək döyüşəcəyəm. Qayıtmağımın səbəbi pul deyil. Sadəcə bunu buraxa bilmirəm”

Tayson Fyuri aprelin 11-də rinqə qayıtdıqdan sonra ilk döyüşünü Arslanbek Mahmudova qarşı keçirəcək.

Aut.az