Həyatından narazıdır: “Qarabağ”ın rəqibindən ayrılmaq istəyir
Hücumçu Nik Voltemade “Nyukasl”dan ayrılıb Almaniyaya qayıtmaq istədiyini bildirib.
Aut.az xəbər verir ki, “Bild”in məlumatına görə, 24 yaşlı hücumçu İngiltərədəki həyatdan narazıdır və Bundesliqaya qayıtmağı düşünür. O, ya “Ştutqart”a qayıtmağı, ya da ötən yay onunla maraqlanan “Bavariya”ya qoşulmağı planlaşdırır.
“Nyukasl” bu yay hücumçusunu itirə bilər, çünki Münhen klubu tezliklə “Çelsi”yə qayıdacaq Nikolas Ceksonun yerinə başqa oyunçu axtarır. Voltemade 2025-ci ilin yayında “Ştutqart”dan 75 milyon avroya “Nyukasl”a keçib. O, “sağsağanlar”ın heyətində 38 oyunda meydana çıxıb, 10 qol vurub və dörd məhsuldar ötürmə edib.
Voltemadenin “Nyukasl”la müqaviləsi 2031-ci ilə qədərdir və “Transfermarkt”a görə, onun transfer dəyəri 70 milyon avrodur.
“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibidir.
Aut.az
