Baş məşqçi açıqladı: Hər ikisi sıradan çıxıb
“Brayton” iki ciddi itkiylə üzləşib.
Aut.az xəbər verir ki, “sağsağanlar”ın əsas heyət üzvləri – yarımmüdafiəçi Sulli Març və hücumçu Denni Uelbeki itirib. Hər iki futbolçu uzun müddət “Brayton”a kömək edə bilməyəcək. Bu barədə komandanın baş məşqçisi Roberto de Zerbi məlumat verib:
“Təəssüf ki, Sollinin zədəsi çox, çox ciddidir. Biz onu uzun müddət itirdik. Uelbeklə də belədir”, – deyə italiyalı mütəxəssis sosial şəbəkə səhifələrində paylaşım edib..
“Brayton” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 7-ci yeri tutur. Roberto de Zerbinin komandası növbəti oyununu oktyabrın 26-da – Avropa Liqasın çərçivəsində evdə “Ayaks”a qarşı keçirəcək. Qitənin iki nömrəli klub turnirinin son 2 turundan sonra “qağayılar” cəmi 1 xal toplayıblar.
