İngiltərə

Qvardiola açıqladı: Uzun müddətlik sıradan çıxıb

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola müdafiəçi Natan Akenin uzun müddət yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Aut.az xəbər verir ki, 30 yaşlı niderlandlı İngiltərə kubokunun 5-ci turunun “Plimut”la oyununda (3:1) zədələnib. Qvardiola fasilədən sonra onu Ruben Dias əvəzləyib.

“Yenidən mərkəz müdafiəçisisiz qalmışıq. Natan üçün darıxacağıq. Kluba çox minnətdaram ki, Xusanov və Reysini transfer ediblər. Əks halda Çempionlar Liqasına düşmək və ya İngiltərə Kuboku uğrunda mübarizə aparmaq şansımız olmayacaqdı. Bu, tək Diasla mümkün olmazdı”.

Qeyd edək ki, Ake bu mövsüm bütün yarışlarda “Siti” forması ilə 18 matçda iştirak edib.

Aut.az