İtaliya

Hakim səhvinə görə qovulan futbolçuya da cəza verildi

A Seriyasının veb saytında oyunçulara qarşı intizam tədbirləri barədə məlumat dərc olunub.

Aut.az xəbər verir ki, diskvalifikasiya edilənlər arasında “Yuventus”un müdafiəçisi Pyer Kalulu da var idi. Fransız futbolçu bir oyunluq cəza alıb. Kalulunun meydandan qovulması açıq-aydın ədalətsiz idi və hakimlər briqadasının rəhbəri Canluka Rokki səhvən ikinci sarı vərəqəyə görə artıq üzr istəyib.

Amma qanun qanundur: meydandan qovulma olduğu üçün diskvalifikasiya qərarı verilib. Pyer Kalulu “Yuventus”un heyətində “Komo”ya qarşı A Seriyası matçında oynaya bilməyəcək. Komandalar 21 fevralda, şənbə günü qarşılaşacaqlar.

Aut.az