Allah xətrinə, 10 milyon verin, aparın
“Yuventus” yarımmüdafiəçisi Pol Poqbadan qurtulmağın yollarını axtarır.
Aut.az xəbər verir ki, “qoca sinyora” ona görə ediləcək 10 milyon avroluq təklfii qəbul etməyə hazırdır. Bu barədə “Gazzetta dello Sport” məlumat yayıb.
Daha əvvəl mətbuatda “Əl-İttihad”ın 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu və ona dəyəri 100 milyon avro olan 3 illik müqavilə təklif etdiyi iddia edilirdi. Ancaq sonradan məlum oldu ki, Poqbanı transfer etmək istəyən klub “Əl-İttihad” deyil, “Əl-Əhli”dir.
“L’Equipe” isə iddia edir ki, Poqba Fransa millsiylə Avro-2024-də oynamaq arzusunda olduğu üçün Səudiyyə Ərəbistanına getmək istəmir
