“Barselona” İtaliya nəhənginə təklif göndərdi: Bu cavabı aldı
“Barselona” “İnter”in italiyalı müdafiəçisi Alessandro Bastonini transfer etmək istəyir.
Aut.az xəbər verir ki, bu barədə “FootballItalia” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İspaniya nəhəngi 26 yaşlı futbolçu üçün 45 milyon avro təklif edib. Lakin Milan təmsilçisi Bastonini 60 milyon avrodan aşağı məbləğə buraxmağa razı deyil.
“Barsa” mərkəz müdafiəçisinə illik 7 milyon avro maaş təklif edir, halbuki “İnter” ona təxminən 5 milyon avro ödəyir.
Cari mövsümdə Bastoni klub səviyyəsində bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.
Aut.az
