“Bayern” ulduzu ilə müqaviləni yenilədi
“Bayern” fransalı müdafiəçi Dayot Upamecano ilə müqavilənin uzadıldığını rəsmən açıqlayıb.
Aut.az xəbər verir ki, tərəflər 2030-cu ilə qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalayıblar.
Cari Bundesliqa mövsümündə Upamekano 17 oyunda iştirak edib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu ilə “Mançester Siti”, “Çelsi” və “Real” klublarının maraqlandığı bildirilirdi.
Aut.az
