“Borussiya”da ara qarışdı: Kapitanla yola getmir
“Borussiya Dortmund”un yarımmüdafiəçisi və kapitanı Marko Roys “arılar”ın start heyətində yerini itirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin məlumatına görə, 34 yaşlı futbolçunun baş məşqçisi Edin Terziçlə münasibətləri son vaxtlar pisləşməyə başlayıb. Qeyd olunur ki, alman yarımmüdafiəçi “Mançester Yunayted”dən Ceydon Sançonun transfer ediləcəyi təqdirdə əsas heyətdən uzaq qala bilər.
Roys 11 ildir “Borussiya”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 22 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun alman klubu ilə müqaviləsi 2024-cü ilin iyunun sonuna qədərdir.
