Alonsonu “Real”ın əfsanəsi əvəz edəcək?
Xabi Alonsonu saxlamağı, demək olar ki, mümkünsüz hesab edən “Bayer” artıq növbəti mövsüm üçün yeni baş məşqçi axtarışına çıxıb.
Aut.az xəbər verir ki, Almaniya mətbuatının yazdığına görə, hazırda “Real Madrid Kastilya”ya başçılıq edən başqa bir ispaniyalı Raul Qonzales “Bayer”də Alonsonu əvəz edə bilər.
Raul artıq alman futbolu ilə tanışdır: 2010-2012-ci illərdə “Şalke”də çıxış edib.
Bundan əvvəl Xabi Alonsonun artıq “Bavariya” ilə danışıqlara başladığı bildirilirdi.
Aut.az
