Almaniya

“Qarabağ”ın rəqibindən darmadağın

Almaniya Bundesliqasında III turun növbəti oyunları baş tutub.

Aut.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Dortmund “Borussiya”sı azarkeşləri önündə “Haydenhaym”la qarşılaşıb. “Borussiya” hesabda 2:0 öndə olsa da, üstünlüyün qoruya bilməyib və matç bərabərliklə başa çatıb.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən “Bayer” azarkeşləri önündə “Darmştadt”ı darmadağın edib. Münhen “Bavariya”sı isə səfərdə “Borussiya” (Münhenqladbax) üzərində qələbə qazanıb.

Almaniya Bundesliqası
III tur

1 sentyabr

Borussiya Dortmund – Haydenhaym – 2:2
Qollar:
 Y.Brandt, 7, E.Can, 15 (pen.) – E.Dinkci, 61, T.Kleyndenst, 82 (pen.)

2 sentyabr

Auqsburq – Bohum – 2:2
Qollar: 
D.Belyo, 35, E.Demiroviç, 62 – T.Asano, 45+3, 64

Bayer – Darmştadt – 5:1
Qollar:
 V.Bonifeys, 21, 61 E.Palasios, 49, C.Hofmann, 67, A.Hlojek, 83 – O.Vilhelmsson, 25

Hoffenhaym – Volfsburq – 3:1
Qollar: 
A.C.Bruks, 45+2, M.Beyer, 60, R.Skov, 74 – T.Tomas, 36

Ştutqart – Frayburq – 5:0
Qollar: 
K.Fuhrix, 8, 62, S.Girassi, 17, E.Millot, 75

Verder – Maynts – 4:0
Qollar: 
M.Duks, 3, C.Steyc, 53, L.Bittenkurt, 82, C.Njinmah, 83

Borussiya Münhenqladbax – Bavariya – 1:2
Qollar: 
K.İtakura, 30 – L.Sane, 58, M.Tel, 87

3 sentyabr

17:30 Ayntraxt Frankfurt –  Köln
19:30 Yunion – Leypsiq