Sözünü tutdu, bir yük maşını şokolad göndərdi, amma… – FOTO
“Bavariya”nın qapıçısı Yan Zommer komanda yoldaşı Matteys de Liqtə verdiyi sözə əməl edib.
Aut.az xəbər verir ki, qapıçı İsveçrə istehsalçısı “Kagi”dən 700 kq şokolad sifariş edib. Amma şokoladı aparan yük maşınının “Bavariya”nın bazasına çatmasına 10 dəqiqə qalmış durum dəyişib. Məlum olub ki, bu yük “Bavariya”ya təhvil verilə bilməz.
“Münhenə çatmağa on dəqiqə qalmış biz pis xəbəri öyrəndik: İsveçrə şokoladının kluba rəsmi təhvil verilməsinə icazə verilmədi”, – “Kagi” rəsmisi “Bild” nəşrinə bildirib.
Şokolad kasıblara yemək paylayan “Tafel” xeyriyyə təşkilatının Münhen filialına göndərilib.

Qeyd edək ki, Sommer Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə cavab oyununda (2:0) onu xilas etdiyi üçün hollandiyalıya bir yük maşını İsveçrə şokoladı verəcəyini bildirmişdi. Qapıçı oyunun ilk hissəsində səhv etdi, top parisli oyunçuya dəydikdən sonra boş qapıya gedərkən, de Liqt qarşısını almağı bacarmışdı.
Aut.az
