Dünya futboluİngiltərə

Üç nəhəngin hədəfində olan futbolçu

PSJ və “Çelsi” “Brayton”un yarımmüdafiəçisi Karlos Balebaya olan marağını artırıb.

Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Daha əvvəl media orqanları “Mançester Yunayted”in 22 yaşlı futbolçunu izlədiyini bildirmişdilər.

Mənbənin məlumatına görə, “Brayton” kamerunlu futbolçunu 80-100 milyon funt sterlinq (92-110 milyon avro) dəyərində qiymətləndirir. Vurğulanır ki, hazırda “Çelsi” və PSJ yayda futbolçunu transfer etmək üçün ən yaxşı şansa malikdirlər, çünki hər iki komandanın Çempionlar Liqasında oynamaq şansı böyükdür.

Bu mövsüm Baleba bütün yarışlarda 23 oyunda meydana çıxıb və qol vurmayıb. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.

Aut.az