MY-nin əfsanəsi Runini tənqid etdi: Dostlarının sayəsində…
“Mançester Yunayted”in keçmiş futbolçusu Duayt York yaydan bəri Çempionşipdə çıxış edən “Plimut”u çalışdıran MY-nin əfsanəvi hücumçusu Ueyn Runini tənqid edib.
Aut.az xəbər verir ki, çempionatın ilk turunda Runi komandası “Şeffild Uensdey”ə böyük hesabla uduzub (0:4), daha sonra İngiltərə Liqa Kubokunda “Çeltenhem”i məğlub edib (3:0), ikinci turda isə “Hall Siti” ilə heç-heçə edib (1:1).
“Plimut”a təyin olunmazdan əvvəl Runi ardıcıl olaraq “Derbi Kaunti”, “DC Yunayted” və “Birmingem”də uğursuz olub.
“Biz hamımız məşqçilik karyerasında Ueyn Runini müdafiə etməyə çalışmışıq, lakin siz bunu bu qədər uzun müddətə edə bilməzsiniz. Onun nəyə qadir olduğunu və komandasının necə oynaya biləcəyini göstərmək üçün real imkanları var, lakin onlar ən pis şəkildə başlayıblar. İndiyə qədər ona şans ardınca şans verildi, lakin o, az şey əldə etdi.
O, komandasını daha yaxşı idarə etməlidir. Futbolda onu qoruyan dostları var. Mən də onu müdafiə edə bilərdim, amma uğur qazanmaq üçün ona platforma verilib və indiyə qədər buna nail olmayıb.
O, niyə məşqçi olmağa layiq olduğunu sübut etməlidir və elə vaxt gələcək ki, kimsə ona məşqçilik karyerası ilə bağlı bütün həqiqəti deməli olacaq. Mən ona şans verirəm, çünki Runinin özünü tanıyıram, amma komandası daha yaxşı çıxış etməlidir. Belə davam edərsə, bəlkə də məşqçilik ona uyğun olmayacaq. Hələ ki o, Ueyn Runi olduğu üçün işi alır. O, daha yaxşısını etməlidir, yoxsa…”, – York “Goal”a bildirib.
Aut.az
